Evə girib qadını zorlamaqda ittiham olunan şəxslər həbs edilib

Evə girib qadını zorlamaqda ittiham olunan şəxslər həbs edilib
14 İyul 2021
Mətni dəyiş

Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən 1977-ci il təvəllüdlü N.M.-in yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı zərərçəkənin müraciəti əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun