ETSN-in Xidmət rəisi: “Haftonidə kəsilən ağacların yerində payızda yeniləri əkiləcək”

ETSN-in Xidmət rəisi: “Haftonidə kəsilən ağacların yerində payızda yeniləri əkiləcək”
12 İyul 2021
Mətni dəyiş
“Beta” şirkətinin Lənkəranda, meşə zolağında qanunsuz olaraq ağacları kəsməsi etirazla qarşılanıb. Ekologiya və Təbii Sərvələr Nazirliyi yoxlamanın ilkin nəticəsini açıqlayaraq, şirkətin müqavilədən kənara çıxdığını bildirib və cərimələrin tətbiq ediləcəyini qeyd edib. İyulun  11-də aktivistlər Lənkəran rayonunun Haftoni kəndi yaxınlığında yerləşən sözügedən meşə sahəsinə gəliblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov ekoaktivistlərlə görüşüb, onların suallarını cavablandırıb. Son günlər Haftoni ərazisindəki meşə sahəsində ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirən xidmət rəsmisi bildirib ki, hər zaman dialoqa hazırdırlar, ictimaiyəti narahat edən sualları cavablandırmaqdan da qaçmırlar: “Bu ərazidə şirkət tərəfindən müqavilə şərtləri pozulub, bu işdə günahı olanlar barəsində tədbirlər görülür. Payızda kəsilən ağacların yerində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağaclar əkiləcək, sonrakı mərhələlərdə isə icarəyə veriləcək açıq talalar ictimai dinləmələr əsasında ayrılacaq”. Ekofəalların xidmət rəisi ilə Lənkərandakı görüşü sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb. Ekspertlərin fikrinə görə, qanunvericiliyə uyğun olaraq, meşə fondu torpaqlarının icarəyə verilməsi müvafiq biznes planları əsasında aparılır və Meşə fondu torpaqlarında meşə bağların salınması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müvafiq təlimatlarına uyğundur. Bu, Beynəlxalq ekoloji təşkilatlar tərəfindən də dəstəklənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun