Ermənistan növbəti dəfə Azərbaycan ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

Ermənistan növbəti dəfə Azərbaycan ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub
16 İyul 2021
Mətni dəyiş

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun