Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub

Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub
13 İyul 2021
Mətni dəyiş
Həbsdə saxlanılan Azərbaycanın Serbiyadakı keçmiş səfiri və sabiq baş prokuror Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalındadır. Dünən o, bağırsaq keçməzliyi ilə əlaqədar cərrahi əməliyyat olunub, vəziyyəti stabildir. Bu barədə Turan-a Həsənovun yaxınları məlumat verib. Hələ mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi vəkillərin müraciəti əsasında və ehtiyat tədbirləri çərçivəsində Həsənovun xəstəxanaya yerləşdirilməsi barədə qərar verib. Amma bu qərar icra edilməyib və müdafiə tərəfi təkrarən Strasburq məhkəməsinə müraciət edib. İyunun 23-də məhkəmə qəti şəkildə Həsənovun xəstəxana şəraitində müayinəsini tələb edib. Həsənov iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına yerləşdirilib. Bir müddət əvvəl vəkil Cavad Cavadov Həsənovun ağır xəstəliyini nəzərə alaraq, barəsindəki qətimkan tədbirinin dəyişdiriləcəyinə ümid etdiyini bildirib. Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhülkəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, növbəti gün məhkəmə onu sui-istifadə və büdcə vəsaitlərini məqsədindən kənar xərcləmə ittihamı ilə həbs edib. Eldar Həsənov 2001-2020-ci illərdə Azərbaycanın Rumıniyadakı, daha sonra isə Serbiya, Monteneqro və Bosniyadakı səfiri vəzifələrini tutub. 1995-2000-ci illərdə o, Azərbaycanın baş prokuroru olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun