Eldəniz Səlimovun işi ilə bağlı parlamentin növbədənkənar iclası çağırılır

Eldəniz Səlimovun işi ilə bağlı parlamentin növbədənkənar iclası çağırılır
31 İyul 2021
Mətni dəyiş
İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun