"Düz danışaq" Youtube kanalının moderatoru həbs olundu

"Düz danışaq" Youtube kanalının moderatoru həbs olundu
15 İyul 2021
Mətni dəyiş
“Düz danışaq” Youtube kanalının moderatoru Elmar Kərimov dostu ilə küçədə gəzərkən polislər tərəfindən saxlanılıb. Bu barədə məlumat yayan fəal İsmayıl Cəlilov bildirib ki, E.Kərimov onunla yazışmasında hadisənin detallarını açıqlayıb. Bildirib ki, iyulun 13-də ona polisin qanuni tələbinə qəsdən tabe olmama (535.1 maddə) ittihamı ilə 15 sutka həbs cəzası verilib. Elmar Kərimovun hüquqlarının qorunması vəzifəsini vəkil Cavad Cavadov və Şəhla Hümbətova üstləniblər. İsmayıl Cəlilov bildirib ki, polisin insanları təxribata çəkib sonra şərləməsi artıq adi hala çevrilib. O həmçinin əlavə edib ki, Elmar Kərimov adı çəkilən Youtube kanalının işçisi deyil və məvacib almır. Ona sadəcə kanalda moderatorluq tapşılıb. Cəlilov E.Kərimovu şəxsən tanımadığını da qeyd edib. İsmayıl Cəlilov Elmarın məhz onun siyasi fəaliyyətlərinə görə həbs edildiyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun