Donetsk və Luqanskda 611 min nəfərə Rusiya vətəndaşlığı verilib

Donetsk və Luqanskda 611 min nəfərə Rusiya vətəndaşlığı verilib
15 İyul 2021
Mətni dəyiş

Ukraynadan təktərəfli olaraq müstəqilliyini elan edən Donetsk və Luqansk şəhərlərində 611 min şəxsə asanlaşdırılmış prosedurla Rusiya vətəndaşlığı verilib.

Bu barədə Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Komitəsinin sədr müavini Viktor Vodolatski məlumat verib.

O bildirib ki, rəqəmlər hər keçən gün artır və ona görə də Rusiya vətəndaşlığına sahib olmaq istəyən şəxslərin bunu nail olacağını düşünür.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə "Humanitar səbəblərdən Rusiya vətəndaşlığına asan prosedur üzərindən müraciət edə biləcək şəxslərin kateqoriyasının müəyyən edilməsi" ilə bağlı qərar imzalayıb. Bu kateqoriyaya Donetsk və Luqanskda yaşayan şəxslər də əlavə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun