Co Bayden Svetlana Tixanovskaya ilə görüşüb

Co Bayden Svetlana Tixanovskaya ilə görüşüb
29 İyul 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden Belarus müxalifətinin mühacirətdə olan lideri Svetlana Tixanovskaya ilə Ağ Evdə görüşüb.

Bu barədə Co Bayden öz Tvitter hesabında məlumat yayıb.

"Bu səhər Ağ Evdə Svetlana Tixanovskaya ilə görüşməkdən şərəf duydum. Amerika demokratiya və təməl insan haqları mövzularında Belarus xalqının yanındadır", - deyə Bayden tvitində qeyd edib.

Ötən ilin avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə rəsmi nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə "qalib" olub. O, 1994-cü ildən hakimiyyətdədir.

Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı zorakılıq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya güc strukturları tərəfindən saxlanılıb və ölkədən çıxarılıb. O, Litvaya üz tutub.

Sentyabrın 23-də Belarusun paytaxtı Minskdə Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun