Co Bayden: "Putin başının dərddə olduğunu bilir"

Co Bayden: "Putin başının dərddə olduğunu bilir"
29 İyul 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden növbəti dəfə Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı fikirlər səsləndirib.

Putini hədəf alan Bayden deyib ki, onunla görüşəndə problemlərinin olduğunu hiss edib.

"Putin nüvə silahından və neft gəlirlərindən başqa bir şeyi olmayan iqtisadiyyatın başında dayanır. Başqa heç nəyi yoxdur. Başının həqiqətən də dərddə olduğunu bilir", - deyə Co Bayden bildirib.

Bayden bundan əvvəl də Putinlə bağlı fikirlərinə görə gündəmə gəlib. O, müsahibələrinin birində jurnalistin "Putini qatil hesab edirsinizmi?" sualına "Bəli" deyə cavab verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun