Bu il 54 uşaq övladlığa verilib

Bu il 54 uşaq övladlığa verilib
17 İyul 2021
Mətni dəyiş

Bu ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.

Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb, onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun