Britaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi

Britaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi
10 İyul 2021
Mətni dəyiş
Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps italiyalı futbol azarkeşlərinə 11 iyulda Londonda keçiriləcək AVRO-2020-nin finalında iştirakdan imtina etməyi tövsiyə edib. Nazir bu barədə fikirlərini “Times” radiosunun efirində səsləndirib. “Onları heç bir yerə buraxmayacaqlar”, - deyə Qrant Şepps vurğulayıb. Qrant Şepps Nəqliyyat naziri əlavə edib ki, Krallıqdakı karantin qadağaları nəticəsində İngiltərəyə bir çox çarter və birbaşa uçuşlar ləğv edilib. AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək. Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun