Böyük Britaniyanın baş naziri Boris Conson özünü yenidən təcrid edib.
Bu barədə İngiltərənin Nazirlər Kabineti məlumat verib. O, koronavirus (Covid-19) testi pozitiv çıxan şəxslə təmasda olduğu üçün belə edib. Onunla birlikdə maliyyə naziri Rişi Sunak da özünü təcrid edib.Bildirilib ki, hər iki nazir işlərini davam etdirəcəklər.
Conson bundan əvvəl 2020-ci ildə koronavirusa yoluxmuş şəxslə təmasda olmuş və özünü təcrid etmişdi. Həmin vaxt nazirin koronavirus testi də pozitiv çıxmışdı və nazir bir neçə gün tibbi nəzarət altında saxlanılmışdı.