BMT-nin baş katibi: Koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər

BMT-nin baş katibi: Koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər
3 İyul 2021
Mətni dəyiş
Koronavirusa qarşı peyvəndlər mutasiyaya görə təsirsiz hala gələ bilər. TASS-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterres açıqlama verib. “Virus alov kimi yayılır. Ən faciəlisi isə meydana gələn mutasiyaların peyvəndlərimizi təsirsiz hala çevirməsi riskinin olmasıdır”, - deyə Quterres bildirib. O, bu səbəbdən qlobal peyvənd planına ehtiyac olduğunu təkrar-təkrar vurğuladığını bildirib. “Mikroskopik virus artıq dörd milyona yaxın insanın ölümünə səbəb olub və dünya iqtisadiyyatını pozub. Biz isə hələ də virus qalib gələcəyimizi dəqiq bilmirik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun