Binəqədidə beşmərtəbəli binada yanğın olub, xəsarət alan var

Binəqədidə beşmərtəbəli binada yanğın olub, xəsarət alan var
16 İyul 2021
Mətni dəyiş

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən erilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun