Bayden Çinin 10 şirkətini “qara siyahı”ya salacaq

Bayden Çinin 10 şirkətini “qara siyahı”ya salacaq
10 İyul 2021
Mətni dəyiş
ABŞ Prezidenti Co Bayden Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan haqlarını pozması və yüksək texnoloji nəzarət sistemlərindən istifadə etməsi iddiası ilə əlaqədar bir neçə Çin şirkətini “qara siyahı”ya salmaq niyyətindədir. Bu barədə “Reuters” agentliyi məlumat verib. Mənbə qeyd edir ki, ABŞ ən azı 10 şirkətə qarşı iqtisadi restriksiya tətbiq edəcək. Bu addım Ağ Evin Çinin insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsi səylərinin bir hissəsidir. Ağ Evdə sözügedən məlumatı şərh etməkdən imtina ediblər, ABŞ Ticarət Nazirliyi “Reuters”in sorğusuna cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun