Bələdiyyə sədri barəsində cinayət işi başladıldı

Bələdiyyə sədri barəsində cinayət işi başladıldı
13 İyul 2021
Mətni dəyiş
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. APA xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C.Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. C.Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun