Azərbaycan vətəndaşlarının Almaniyaya səyahətinə icazə verilib

Azərbaycan vətəndaşlarının Almaniyaya səyahətinə icazə verilib
5 İyul 2021
Mətni dəyiş
Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib. "Schengenvisainfo"nun verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər. Həmçinin iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və “Johnson&Johnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb. İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun