Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb
15 İyul 2021
Mətni dəyiş

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun