Ayətullah Xamenei: "Ruhaninin dövründə Qərbə güvənməyin nəticəsiz olduğunu gördük"

Ayətullah Xamenei: "Ruhaninin dövründə Qərbə güvənməyin nəticəsiz olduğunu gördük"
29 İyul 2021
Mətni dəyiş

Vəzifəsinin son günlərini yaşayan Həsən Ruhani və nazirlər kabinetinin üzvləri ilə bir araya gələn İranin dini lideri Ayətullah Xamenei Qərblə münasibətlərdən və nüvə razılaşmasından danışıb.

Ayətullah Xamenei bildirib ki, hökumətin fəaliyyəti bəzi sahələrdə gözləntiləri doğrultsa da, bəzi sahələrdə doğrultmayıb.

"Ruhaninin prezident olduğu dövrdə Qərbə güvənməyin nəticəsiz olduğunu gördük. Bu təcrübə çox vacibdir və yeni hökumət bundan istifadə etməlidir. Onlar kömək etmirlər, əllərinə fürsət keçdiyi anda zərbəni endirirlər. Əgər zərbə endirə bilmirlərsə, bu gücləri çatmadığına görədir", - deyə Ayətullah Xamenei bildirib.

Nüvə sazişi məsələsinə də toxunan Xamenei deyib ki, hələ ki, danışıqlar nəticəsisizdir.

"Deyirlər ki, sanksiyaları qaldıracağıq, amma qaldırmırlar. Əksinə, yeni şərtlərlə gəlirlər masaya. Amerika irəliyə doğru bir addım belə atmır", - deyə Ayətullah Xamenei bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun