Almaniya sürgündə yaşayan türk jurnalistlərin "hədəf alınan şəxslərin siyahısı"nda olduqları barədə xəbərdarlıb edib

Almaniya sürgündə yaşayan türk jurnalistlərin "hədəf alınan şəxslərin siyahısı"nda olduqları barədə xəbərdarlıb edib
29 İyul 2021
Mətni dəyiş
İyulun 16-da iki Almaniya polis zabiti Cəlal Başlanğıcın evinin qapısını döyüb, veteran türk jurnalistinə adının zorakılıq üçün hədəf alındıqları iddia olunan insanların siyahısında olduğu barədə xəbərdarlıq edib. Polis Başlanğıcla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə tənqid edən təxminən 50 nəfərdən ibarət siyahını araşdıran zabitin əlaqə məlumatlarını paylaşıb. Onların bəziləri Almaniyada yaşayır. Sürgündə olan icma arasında artıq bu cür siyahı ilə bağlı söz-söhbət dolaşırdı. Lakin polis bu siyahının gerçəkliyini araşdırmağa davam etdiyi bir vaxt, diqqət Ankaranın əlinin təqiblərdən yayınmaq üçün ölkəni tərk edən dissidentlərə çatıb-çatmayacağına yönəlib. Siyahıda adları hallanan jurnalistlər və ekspertlər deyir ki, Almaniyada və Avropanın başqa hissələrində zorakı cinayətlərlə əlaqələri olan millətçi qruplar möcvuddur və Türkiyədə təqiblərdən qaçmaq üçün sürgün həyatı yaşayanlar artıq özlərini təhlükəsiz hiss etmirlər. 47 il təcrübəyə malik veteran jurnalist olan Başlanğıc 2017-ci ilin əvvəlində, rəsmilər onlarla jurnlisti həbs etdiyi, digərlərini isə bir il öncə baş verən çevriliş cəhdini dəstəkləməkdə və ya təbliğ etməkdə ittiham etdiyi zaman Türkiyəni tərk edib. Cumruhiyyet və T24 qəzetlərinin keçmiş jurnalist kürd tərəfdarı Özgür Gündem qəzeti ilə həmrəylik kampaniyasında iştirak etdiyinə görə terror təbliğatında ittiham olunub. Başlanğıc Amerikanın Səsinə bildirib ki, o düşünür ki, “hədəf alınan şəxslərin siyahısı” jurnalistləri və onun Kölnə köçdükdən sonra təsis etdiyi Arti TV türk xəbər şəbəskəsi kimi media orqanlarını qorxutmaq cəhdidir. “Mən bunun təkcə Ərdoğanla əlaqəli olduğunu düşünmürəm. Bunu koalisiya tərəfdarlarının Ərdoğanın həm Avropa İttifaqı həm də NATO-ya yaxınlaşmasının qarşısını almaq səyi olaraq da görmək mümkündür,” Başlanğıc deyib. Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) ultra-sağçı Millətçi Hərəkat Partiyası (MHP) ilə parlamentdə koalisya yaradıb. Berlindəki Türkiyə Səfirliyi Amerikanın Səsinin şərh istəyinə cavab verməyib. Köln polisi iyul ayının ortalarından bəri bu siyahıdan xəbərdar olduğunu təsdiqləyib, amma siyahıdakı insanların sayı və ya kimlikləri barədə detalları paylaşmağı rədd edib. “Siyahıda Türkiyə müxalifətinə yaxın olan jurnalistlər, yazıçılar və sənətçilər var,” sözçü Amerikanın Səsinə bildirib. Lakin Başlanğıc siyahı ilə bağlı daha çox şəffaflığın olmasını istədiyini deyir. “Biz siyahının mənbəyini bilmək istəyirik ki, ya ona daha ciddi yanaşaq, ya da ki onu bizi qorxutmaq üçün olduğunu bilək.” Heç kəs bu fərqi bizdən yaxşı bilə bilməz, çünki biz Türkiyə dövlətini tanıyırıq və bu dövlətin nə edə biləcəyini bilirik,” o deyib. Fiziki hücumlar Erk Acarer kimi jurnalistlər üçün onun siyahıda olması təəccüblü deyil. İyulun 7-də üç nəfər hər gün çıxan BirGün adlı köşə yazısının müəllifinə Berlindəki mənzilinin həyətində hücum edib. Türk dilində danışan hücum edən şəxslər Acarerə yazmağı dayandırması üçün xəbərdarlıq ediblər. Acarer Amerikanın Səsinə bildirib ki, o, başına aldığı zərbəyə görə xəstəxanaya yerləşdirilib və Almaniya polisi hücumla bağlı istintaq başladıb. Jurnalist əlavə edib ki, polis onu və ailəsini mühafizə ilə təmin edib. Lakin iyulun 20-də Berlin polisi onun binasının həyətində qaynadılmış yumurtaya bürünmüş kağız üzərində təhdid qeydi tapıb. Acarer Türkiyə hökumətinin Avropa və başqa yerlərdə əlinin-qolunun uzun olduğunu düşünür. “Türkiyədəki qütbləşmə və münaqişə AKP və MHP hökuməti tərəfində Avropaya və dünyanın digər hissələrinə yayılıb... Ona görə də, düşünürəm ki, hücum edən şəxslər Türkiyə hökuməti tərəfindən bir araya gətirilən qanqsterlərdir və onlar Almaniyada yaşayır,” Acarer Amerikanın Səsinə bildirib. Acarer xüsusi olaraq hər hansı qrupu vurğulamayıb, ancaq Türkiyədən kənarda fəaliyyət göstərən şəbəkələə Bozqurdlar və Osmanen Germania qruplarının daxil olduğu bildirilir. Rəsmi Berlində 2020-ci ildə yaydığı hesabatda bildirib ki, Almaniyada 11 min nəfər Bozqurların bir parçası olduğu ultra-millətçi hərəkatlar əlaqəsi var. Ultra-sağçı türk qrupu Türkiyə və xaricdə siyasi motivli zorakılıqlarda ittiham olunub. Almaniya mediası 2017-ci ildə AKP-nin yüksək vəzifəli üzvü Metin Kulunkun türk millətçi qrupu Osmanen Germania ilə əlaqəsi olduğunu iddia edib. Qrup zorakı cinayətlər və ekstermal sağçı görüşlərlə əlaqəsi səbəbilə Almaniyada qadağan olunub. Amerikanın Səsi Kulunun əlaqə məlumatını tapa bilməyib. AKP-nin media məsələləri üzrə sədri Amerikanın Səsinin email-inə cavab verməyib. Kulunk o zaman 2017-ci ildə mediada yer alan xəbərlərə cavab olaraq bildirmişdi ki, Almaniya PKK və FETO qruplarını dəstəkləyir və Almaniyanın “dərin dövlətinə məxsus media əməliyyatları əbəs yerə məni və türk vətəndaş cəmiyyəti təşkilatlarını hədəf almağa çalışır.” Ankara çevriliş cəhdinin arxasında FETO qrupunun olduğunu bildirib. PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror qrupu olaraq tanınır. Almaniya Xarici İşlər Nazirliyindən rəsmi bir mənbə email vasitəsilə Amerikanın Səsinə bildirib ki, Almaniya “dəfələrlə Türkiyədə jurnalistlər və onların haqlarının müdafiə olunması üçün kampaniya aparıb.” “Almaniyada yaşayan hər kəsin, motivasiyadan asılı olmayaraq, hər hansı zorakılığa məruz qalmaması təmin olunmalıdır,” mənbə bildirib və əlavə edib ki, “söz və media azadlığına hörmət sahəsindəki hər hansı çatışmazlıqlar mütəmadi olaraq həll olunur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun