Adil Qeybulla: "Növbəti dalğanın "Delta" ştammından olması gözlənilir"

Adil Qeybulla: "Növbəti dalğanın "Delta" ştammından olması gözlənilir"
16 İyul 2021
Mətni dəyiş

Bu günlərdə Azərbaycanda koronavirusa (Covid-19) yoluxma hallarında artım qeydə alınır. Bununla bərabər, yoluxan şəxslərin 31 nəfərində koronavirusun "delta" ştammına rast gəlinib. Yoluxmalarla paralel olaraq, vaksinaisya prosesi də davam edir. 

Son statistikaya görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 200 994, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 512 773, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 688 221 nəfər təşkil edir.

Bəs görəsən, belə olan halda karantin qaydalarının sərtləşdirilməsinə zərurət varmı?

Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla deyir ki, Azərbaycanda növbəti dalğanın "delta" ştammından olması gözlənilir.

Onun sözlərinə görə, alfa Britaniya ştammı, betta Cənubi Afrika ştammı dünyada xeyli yayılma potensialı yaradıb.

"Hazırda Hindistanda geniş yayılmış "delta" ştammı 400 min nəfərin həyatına son qoydu. Düzdü, orada itkilərin çox olması sosial vəziyyətlə də əlaqəli idi, ancaq biz də ehtiyyatlı olmalıyıq, çünki ştamm həddən artıq yoxucudur. Normal virusdan da fərqlidir, çünki ona mutasiya "S" zülalında gedir. Yəni, virusun xassində xeyli dəyişiklik müşahidə olunur", - deyə həkim Adil Qeybulla bildirib.

Professor deyir ki, aparılan vaksinasiya işi nə qədər yetərlidir, bunu demək çətindir.

Onun sözlərinə görə, burada iş iki tərəfli aparılmalıdır.

"Biz həm vaksinasiya işini sürətlə davam etdirməliyik, həm də qapalı mühitdə karantin qaydalarına əməl etməliyik", - deyə Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun