ABŞ: "Taliban qarşısı alınmaz olduğunu göstərməyə çalışır, amma bu, belə deyil"

ABŞ: "Taliban qarşısı alınmaz olduğunu göstərməyə çalışır, amma bu, belə deyil"
26 İyul 2021
Mətni dəyiş

ABŞ Əfqanıstanda Taliban mövqelərinə hücumların artdığını bildirərək deyib ki, Əfqanıstana hava hücumu ilə bağlı dəstək davam etdiriləcək.

Bu barədə ABŞ ordusunun generalı Kennet MakKenzi Kabildə açıqlama verərək bildirib.

General bildirib ki NATO-nun ölkədən çıxması ilə birlikdə Taliban qarşısı alınmaz olduğunu göstərməyə çalışır, amma bu, belə deyil.

Əfqanıstan hakimiyyəti və “Taliban” qruplaşmasının yüksək səviyyəli nümayəndələri arasında Qətərin paytaxtı Dohada keçiriləcək görüşün ikinci mərhələsinin bu il avqustun əvvəlində davam edəcəyi gözlənilir.

İlk belə görüş iyulun 16 və 17-də nəticəsiz başa çatıb. Birinci görüşdə tərəflər yalnız danışıqların davam etdirilməsi məsələsində razılığa gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun