ABŞ-dan Belarusun Ukrayna ilə sərhədini bağlamasına reaksiya

ABŞ-dan Belarusun Ukrayna ilə sərhədini bağlamasına reaksiya
3 İyul 2021
Mətni dəyiş
“Belarus səlahiyyətliləri Ukrayna ilə sərhədi bağlamaqla diqqəti ölkələrindəki insan haqları pozuntularından yayındırmağa çalışır”. “Reuters” xəbər verir ki, bu barədə ABŞ Administrasiyası məlumat verib. Ağ Ev rəsmisi deyib ki, Belarus xalqını dəstəkləməyə və rejimi cavabdeh tutmağa davam edəcəyik. Eyni zamanda, brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın reaksiyası ilə bağlı suala birbaşa cavab verməyib: “Son bir neçə həftə ərzində Avropadan olan tərəfdaşlarımızla koordinasiyalı olaraq (Belarusa qarşı) bir sıra sanksiyalar tətbiq etdik. Brifinqdən əvvəl bu mesajları görmədim, milli təhlükəsizlik komandamızla danışacağam”. Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə dövlət sərhədinin bağlanması barədə göstəriş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun