ABŞ-da pandemiya ilində narkotikdən ölənlərin sayı rekord həddə artıb

ABŞ-da pandemiya ilində narkotikdən ölənlərin sayı rekord həddə artıb
15 İyul 2021
Mətni dəyiş

2020-ci ildə Amerikada yüksək dozada narkotik vasitə qəbul edib ölənlərin sayı 30 faiz artaraq ən yuxarı həddə çatıb.

Bu barədə Amerikanın Xəstəliklərə Nəzarət Komitəsi məlumat yayıb. Hesabatda deyilir ki, 2020-ci ildə Amerikada 93 min nəfər yüksək doza narkotikdən həyatını itirib. 2019-cu ildə bu rəqəm 72 min 151 nəfər olub.

Ölümlərin əsas hissəsi metamfetamin və onun kimi psixotrop maddələrdən olub. Ancaq buna baxmayaraq, təbii otlardan və kokaindən də ölənlərin sayında artış var.

Amerikanın Milli Narkologiya İnstitutu bildirib ki, bu rəqəmlər indiyə qədər görünmüş ən yüksək rəqəmlərdir. Covid-19 pandemiyası ciddi sağlıq böhranı yarada bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun