102 mindən çox Gürcüstan vətəndaşı iyun ayında işsizlik təzminatı aldı

102 mindən çox Gürcüstan vətəndaşı iyun ayında işsizlik təzminatı aldı
1 İyul 2021
Mətni dəyiş
Hökumət tərəfindən Gürcüstan vətəndaşlarına işsizliyə görə iyun ayında verilən təzminatın ümumi məbləği 20.5 milyon lari təşkil edib. 102 665 vətəndaş iyun ayında hökumətin koronavirus pandemiyasına görə 200 lari məbləğində pul yardımını alıb. Bu barədə dövlət Məşğulluq Agentliyinin saytında məlumat verilib. COVID-19-un ikinci dalğasına görə ölkədə tətbiq edilən məhdudiyyətlər səbəbilə işsiz qalan insanlar da iyun ayı üzrə işsizlik təzminatını alıblar. Pul yardımının ümumi məbləği 20.5 milyon lari (6.5 milyon dollar) təşkil edib. 2021-ci il yanvar ayından bəri ödənilən təzminatın miqdarı belədir:           Gürcüstan hökumətinin böhran əleyhinə iqtisadi planı çərçivəsində 2021-ci il yanvar ayından bəri işsiz qalan muzdla çalışanlara 6 ay ərzində, aylıq 200 lari ödəniş edilir. Yanvar-fevral aylarında yardım almaq üçün qeydiyyatdan keçənlərin kompensasiya alma müddəti 6 ay tam dolanadək uzadılacaq. Kompensasiya 2020-ci ildə minimum 2 ay işləyən və işverənin vergi deklarasiyası tərəfindən təsdiqlənən, 2020-ci ilin noyabrından 2021-ci ilin fevral ayınadək bir və ya iki ay rəsmi gəlirsiz qalan işçilər, yaxud analıq məzuniyyətində olanlara şamil edilir. Təzminat 2021-ci ilin mart ayından sonra hesaba minimum 10 lari (3.16 dollar) məbləğində əmək haqqı oturduqdan sonra dayandırılacaq. Bu, pandemiya səbəbilə işsiz qalanlara ödənilən kompensasiyanın ikinci mərhələsidir. Birinci mərhələdə 117.8 min vətəndaş işsizlik təzminatı almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun