Ərdoğanın “Uğur bəy və həyat yoldaşı” ifadəsinə etiraz

Ərdoğanın “Uğur bəy və həyat yoldaşı” ifadəsinə etiraz
10 İyul 2021
Mətni dəyiş
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BioNTech şirkətinin qurucu ortağı, alim Özlem Türəcini “Uğur Şahinin həyat yoldaşı” olaraq xarakterizə etməsi böyük reaksiyalara səbəb olub. Prezident Ərdoğanın Diyarbakır səfəri zamanı jurnalistlərlə söhbətində dünyada koronavirusa qarşı mRNA əsaslı ilk vaksini tapan BioNTech şirkətinin qurucu ortağı, alim Özləm Türəcinin adını çəkmədən “Uğur Şahin və həyat yoldaşı” ifadəsindən istifadə etməsi reaksiyalara səbəb olub. DEVA Partiyasının sədri Əli Babacan Twitter hesabında Ərdoğana etirazını “Əminə xanımın həyat yoldaşı danışdı” şəklində nümayiş etdirib. [embed]https://twitter.com/alibabacan/status/1413489715051786253?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1413489715051786253%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Ftr%2FerdoC49Fana-uC49Fur-bey-ve-eC59Fi-tepkisi%2Fa-58221957[/embed] Cumhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan millət vəkili və partiyanın məclis üzvü Qəmzə Taşçıər də Twitter-də paylaşdığı mesajda “Ərdoğan və bu zehniyyət üçün qadının adı yoxdur. Yalnız kiminsə həyat yoldaşı olaraq xarakterizə edə bilərsiniz. Qadın Fəaliyyət Planını siz əvvəlcə öz beyninizdə başladın” yazıb. [embed]https://twitter.com/gamzetascier/status/1413467724311842817?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1413467724311842817%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Ftr%2FerdoC49Fana-uC49Fur-bey-ve-eC59Fi-tepkisi%2Fa-58221957[/embed] Ərdoğanın sözlərinə incəsənət dünyasından etiraz edənlərdən biri isə teatr rejissoru və aktrisa Laçin Ceylan olub. O, Ərdoğanın sözlərini “Kişi kəkələyən cəmiyyət! Uğur bəyin həyat yoldaşı nə deməkdir? Özləm Türəci demək bu qədər çətindir?” yazısı ilə tənqid edib. [embed]https://twitter.com/LacinCeylan/status/1413521724612784129?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1413521724612784129%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Ftr%2FerdoC49Fana-uC49Fur-bey-ve-eC59Fi-tepkisi%2Fa-58221957[/embed] Ərdoğan nə demişdi? Diyarbakır səfəri zamanı jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran Prezident Ərdoğan “Ən yaxın zamanda Uğur Şahin və həyat yoldaşı qonağımız olacaq. Beləcə BioNTech-də daha sürətli addım atma fürsətini də qazanacağıq” ifadələrindən istifadə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun