Yaponiyada doğumlarda rekord həddə düşüş qeydə alınıb

Yaponiyada doğumlarda rekord həddə düşüş qeydə alınıb
8 İyun 2021
Mətni dəyiş

Yaponiyada koronavirus (Covid-19) epidemiyası müddətində evliliklərin azalması səbəbindən doğum statistikasına rekord həddə düşüş qeydə alınıb.

Yaponiya Səhiyyə Nazirliyinin yayımladığı statistikaya görə, 2019-cu ildə 865 min 239 yeni uşaq doğulub, 2020-ci ildə isə bu rəqəm 840 min 832 nəfər olub. Bu da ölkə ərazisində 1899-cu ildən bəri ən düşük doğum sayı hesab olunur.

Yaponiya uzun illərdir pisləşən demoqrafik vəziyyətlə mübarizə aparır. Ölkənin 20%-dən çoxu 65 yaşdan yuxarı şəxslərdir.

Həm doğum sayının getdikcə azalması, həm də ölkənin böyük bir hissəsinin 65 yaşdan yuxarı olması ölkə ərazisində iş gücünü zəiflədib və gələcəkdə bunun daha mənfi nəticələrə səbəb olacağı güman edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun