"VTimes" nəşri "xarici agent KİV" statusuna görə fəaliyyətini dayandırdı

"VTimes" nəşri "xarici agent KİV" statusuna görə fəaliyyətini dayandırdı
3 İyun 2021
Mətni dəyiş
“Vedomosti” qəzetinin keçmiş əməkdaşları tərəfindən yaradılan VTimes nəşrinin rəhbərliyi iyunun 12-də fəaliyyətlərini dayandıracaqlarını elan edib. Bundan əvvəl Ədliyyə Nazirliyi VTimes-ı “xarici agent” KİV siyahısına əlavə etmişdi. Jurnalistlərin bəyanatı nəşrin saytında və sosial şəbəkələrdə yayımlanıb. Müraciətdə bildirilir ki, Ədliyyə Nazirliyinin vtimes.io saytının administratorunu “xarici agent” KİV siyahısına əlavə etməsindən bəri redaksiya fəaliyyətlərini davam etdirə bilmək üçün bir neçə yolu araşdırıb. Jurnalistlər qeyd edir ki, bu yollardan hər birinin nəticəsində “nəşrin əməkdaşları azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərdi”. Amma nəşrin bağlanmasına əsas səbəb azadlıqdan məhrum edilmə deyil, VTimes-ın “xarici agent” statusu ilə biznes-modelinin məhv olmasıdır. “Reklam verənlər və şəriklər “xarici agentlə” necə əməkdaşlıq edəcəklərini bilmirlər”, - biz də onları qınaya bilmərik. Oxuyucuların ianələri keyfiyyətli medianın nəşri üçün kifayət etmir. Üstəlik “xarici agent” statusu VTimes-ı media gündəminin böyük bir hissəsindən də məhrum edir: bir çox məmurlar, biznesmenlər və hətta analitiklər “xarici agentə” şərh verməkdən çəkinirlər – biz də başa düşürük niyə. Əslində VTimes-ı müxalif siyasi KİV sırasına qatırlar. Halbuki biz tamamilə başqa media haqda düşünmükdük”. Jurnalistlər bəyanatlarında həmçinin yazırlar ki, öz təcrübələri ilə əmin olublar ki, “hökumətə professional və idarə edilə bilməyən media lazım deyil”. Qeyd edək ki, nəşr 2020-ci ilin iyul ayında işıq üzü görüb. Onun əsasını “Vedomosti” qəzetinin yeni rəhbərliyinin fəaliyyətlərinə etiraz əlaməti olaraq işdən ayrılan jurnalistlər qoyublar. 2020-ci ilin yazında “Vedomosti” qəzetinin yeni rəhbəri “FederalPress”-in naşiri İvan Yeremin, baş redaktoru isə Andrey Şmarov olub. Redaksiya Şmarovu artıq yayımlanmış materialların senzurasında ittiham edib. Bundan sonra beş baş redaktor da daxil olmaqla əməkdaşların yarısı qəzetdən ayrılıb. 2020-ci ilin sentyabrında jurnalistlər öz işləri üçün ianə toplamağa başlayıblar. VTimes-ın naşiri Aleksandr Qubskiy deyib ki, nəşrin əsas maliyyə mənbəyi reklam və könüllü ianələr olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun