UEFA Münhenin Almaniya-Macarıstan oyununda göyqurşağı rəngləri tələbini rədd edib

UEFA Münhenin Almaniya-Macarıstan oyununda göyqurşağı rəngləri tələbini rədd edib
22 İyun 2021
Mətni dəyiş
Almaniyanın Avropa Çempionatında çərşənbə günü Macarıstana qarşı oynayacağı son qrup matçında Münhenin Allianz Arena stadionu göyqurşağı rəngləri ilə işıqlandırılmayacaq. UEFA Münheh bələdiyyəsinin verdiyi təklifin arxasındakı məqsədi anladığını, amma siyasi mənada “bu tələbi rədd etməli olduğunu” söyləyərək stadionun rənglərlə işıqlandırılması xahişini rədd edib. Münhen Bələdiyyə sədri Diter Rayterin qurum adından etdiyi müraciət Macarıstanın insan haqları qrupları tərəfindən qınanılan homofobik qanunu qəbul etməsindən sonra ölkədəki LGBT icması ilə həmrəylik göstərmək üçün edilib. Diter Rayter Yeni qanun homoseksuallıq və ya cinsiyyət dəyişdirməyi təsvir edən istənilən məzmunun yetkinlik yaşına çatmayanlarla paylaşılmasını, dərsliklərdəki bütün gey və trans mövzularını qadağan edir. Macarıstanın xarici işlər naziri Piter Siyarto bazar ertəsi Münhenin bu təklifini tənqid edib. Piter Siyarto “Macarıstanda macar uşaqları qorumaq üçün qanun qəbul etmişik və indi Qərbi Avropa bundan narazı qalıb. Onlar bunu milli qanunlarla heç bir əlaqəsi olmayan idman tədbirlərinə siyasəti qatmaqla etmək istəyirlər”, Lüksemburqda danışan Siyarto deyib. UEFA bildirib ki, ayrı-seçkiliklə ancaq başqaları ilə yaxın əməkdaşlıq edərək mübarizə aparmaq olar. Bunun əvəzində Münhen stadionunun 28 iyunda Kristofer Strit Günü münasibəti ilə işıqlandırılması təklif edilib. UEFA-nın bu addımı tənqidlərə səbəb olub: Allianz Arena stadionunun göyqurşağı rəngində işıqlandırılmasını dəstəkləyənlərin onlayn petisiyası geniş yayılmağa başlayıb. [embed]https://twitter.com/CCSchouten/status/1407260029892374528?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1407260029892374528%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.euronews.com%2F2021%2F06%2F22%2Fuefa-rejects-munich-request-for-rainbow-colours-for-germany-vs-hungary-match[/embed] Avropa Birliyinin baş katibinin müavini Dana Spinant bildirib ki, Kommissiya müntəzəm olaraq LGBT-nin rənglərini nümayiş etdirir və onlrın fikrincə, icmaya belə dəstək göstərmək heç də pis olmazdı. Buna baxmayaraq, o bildirib ki, Komissiya idman qurumundan hər hansı rəng seçməsini xahiş edə bilməz və bu, “UEFA ilə Münhen şəhəri arasındakı müzakirədir”. Dana Spinant Fransanın Avropa işlərindən məsul nazir müavini Kleman Bon jurnalistlərə verdiyi açıqlamada ölkəsinin UEFA-nın bu qərarına görə təəssüf etdiyini söyləyib. “Biz siyasi mesaj çərçivələrindən çıxmışıq. Bu, tərəfdaşlıq təklifi yox, bizim dəyərlərimiz haqda mesajdır. Ona görə də bu qərara görə çox təəssüflənirəm”, Bon deyib. Fransız rəsmi əlavə edib ki, Fransa da öz stadionlarının göyqurşağı rənglərində işıqlandırılması məsələsini müzakirə edir. [embed]https://twitter.com/RPFranceUE/status/1407267527475056642?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1407267527475056642%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.euronews.com%2F2021%2F06%2F22%2Fuefa-rejects-munich-request-for-rainbow-colours-for-germany-vs-hungary-match[/embed] “Biz də Avropada əsas dəyərlərimizə olan bağlılığı nümayiş etdirmək üçün idman nazirimizlə birlikdə bunu Fransada reallaşdırmağı düşünürük”, o söyləyib. “Göyqurşağı təhqiredici deyil”, Avropa Komissiyasının vitse-prezidenti Vera Yourova “Politico”-ya verdiyi müsahibəsində deyib. “Əgər kiminsə bununla bağlı problemi varsa, bu, stadionu onun rəngləri ilə işıqlandırmaq istəyən insanların deyil, daha çox onların şəxsiyyətinin pozuqluğundan xəbər verir”. Vera Yourova “Göyqurşağı nə deməkdir?”, Almaniya Federasiyanın rəsmi nümayəndəsi Şteffen Zaybert soruşub. “Bu, bizim necə yaşamaq istədiyimiz deməkdir. Bir-birimizə hörmətlə, uzun müddət azlıqları kənarlaşdıran diskriminasiya olmadan. Və şübhəsiz ki, insanların böyük əksəriyyətinin bununla əlaqəsi ola bilər”. Şteffen Zaybert

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun