Tvitter daha bir prezidentin hesabını blokladı

Tvitter daha bir prezidentin hesabını blokladı
3 İyun 2021
Mətni dəyiş
Tvitterin rəhbərliyi Nigeriya Prezidenti Məhəmməd Buxarinin separatçıların cəzalandırılmasının vacibliyi ilə bağlı tvitini silib və hesabını da bloklayıb. Bu barədə “Röyters” məlumat yayıb. Bununla bağlı bəyanat yayan Nigeriya Federal hökuməti tvitteri ikili standartda günahlandırıb. “Tvitterin öz qaydaları ola bilər, lakin bunlar ümumi deyil”, - deyə ölkənin informasiya və mədəniyyət naziri Lay Məhəmməd deyib. Qeyd edək ki, M.Buxari Tvitter səhifəsində hökumət binalarına hücum edən separatçıların cəzalandırılacağını yazıb. Xatırladaq ki, Tvitter bundan öncə ABŞ-ın keçmiş prezidenti Donald Trampın da hesabını bloklamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun