Türkiyənin istehsal etdiyi vaksinin adı açıqlandı

Türkiyənin istehsal etdiyi vaksinin adı açıqlandı
22 İyun 2021
Mətni dəyiş
Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib. Türkiyə mətbuatı xəbər verir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. İyunun 22-də könüllülərə yerli vaksinin üçüncü fazasının ilk dozası vurulub. R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatılıb. “Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - prezident vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun