Türkiyəli cütlük xərçəngə qarşı da peyvənd hazırlayacaq

Türkiyəli cütlük xərçəngə qarşı da peyvənd hazırlayacaq
16 İyun 2021
Mətni dəyiş
Koronavirus peyvəndi hazırlayan Almaniya firması “BioNTech”in qurucu ortağı türkiyəli professor Uğur Şahin və doktor Özlem Türeci xərçəngə qarşı da peyvənd hazırlayacaqlar. “Euronews” xəbər verir ki, türkiyəli cütlük sözügedən peyvəndin 2023-cü ilə hazır olacağını bildirib. Onlar pandemiyadan əvvəl xərçəng peyvəndi istehsalı üzərində çalışıblar. Hazırladıqları koronavirus peyvəndində istifadə olunan “mRNA” texnologiyasının xərçənglə mübarizədə böyük təsir göstərəcəyinə inandıqlarını söyləyən cütlük immunitet sistemini öyrənməklə bu virusla mübarizə texnologiyasını şişlərə qarşı mübarizədə istifadə etməyi hədəfləyir. “mRNA” texnologiyası hazırda melanoma və beyin şişləri kimi güclü xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun