Türkiyədə məhkumlara elektron poçtdan istifadə hüququ verilib

Türkiyədə məhkumlara elektron poçtdan istifadə hüququ verilib
25 İyun 2021
Mətni dəyiş

Türkiyənin cəza qanunlarında dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, artıq Türkiyədə cəza çəkən şəxslər elektron poçt imkanlarından istifadə edə biləcəklər.

Bununla yanaşı, yeni qanun məhkum ziyarətini ümumilikdə 1 saatdan 1.5 saata kimi qaldırıb. Eyni zamanda, məhkumlar olduqları cəza qurumundan başqa bir quruma köçürülmə tələbi irəli sürərkən, maddi vəziyyətlərinin münasib olmadığı təqdirdə, onlardan köçürülmə haqları alınmayacaq.

Xəstələnən və dünyasını dəyişən yaxın qohumların ziyarəti zamanı məhkumların müşahidə edilməsi qaydalarında da dəyişikliklər olub və bu qaydalar da yumuşaldılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun