Türkiyədə kürdlər HDP üzvünün qətlini hökümətin təqib kampaniyasının bir hissəsi kimi qiymətləndirir

Türkiyədə kürdlər HDP üzvünün qətlini hökümətin təqib kampaniyasının bir hissəsi kimi qiymətləndirir
25 İyun 2021
Mətni dəyiş
Ötən həftə bir türk millətçisi Xalqların Demokratik Partiyasının (HDP) ofisinə daxil olaraq bir qadın üzvünü güllələyərək öldürüb. Polis şübhəli şəxsin məqsədinin Ankara və Vaşinqton tərəfindən terror qruplaşması kimi tanınan Kürdüstan İşçi Partiyasının (PKK) üzvlərini öldürmək olduğunu bildirir. Lakin qətlə yetirilən Deniz Poyraz adlı kürd qadın PKK üzvü deyil, HDP üzvü olub. Onun ölümü Türkiyə höküməti daxil olmaqla, ölkə boyu qınaqlara səbəb olub. HDP partiyasının liderindən biri Amerikanın Səsinə bildirib ki, Poyrazın qətli təsadüfən baş verən bir nifrət cinayəti deyil, partiyasına qarşı hökümət tərəfindən aparılan daha geniş təqib kampaniyası kimi qiymətləndirilməlidir. Partiyanın Ankara qolunun liderlərindən Pakize Sinemillioğlu deyib ki, "Deniz Poyraz bu qətldəki tək hədəf deyildi. Hökümət uzun müddətdir bizim partiya ilə haqda danışır". Poyrazın ölümü ilə əlaqədar partiyanın yaydığı bəyanatda qətl partiyanın yüzlərlə üzvünün, eləcə də 2016-cı ildən bəri terrorla əlaqəli ittihamlarla həbsdə olan partiyanın tanınmış lideri Selahattin Demirtaşın həbsi ilə əlaqələndirilir. Bazar ertəsi Türkiyənin Konstitusiya Məhkəməsi HDP partiyasının PKK ilə iddia olunan əlaqələri səbəbilə mühakimə olunması barədə qərar çıxarıb. Prokurorlar partiyanı qadağan etmək istəyir. "HDP xüsusilə də 7 iyun 2015-ci ildə keçirilən ümummilli səsverməsindən sonra AKP partiyası tərəfindən siyasi hücum altındadır," deyə bəyanatda HDP-nin ölkənin müasir tarixində ilk dəfə olaraq parlamentə yer qazanmaq üçün yetəri qədər səs topladığı seçkinin keçirildiyi günə istinadən bildirilib. HDP-ni dəfələrlə terrorizmlə əlaqəsi olmaqda günahlandıran Prezident Rəcəb Tayyib Ərdoğan qətl hadisəsini qınayıb. "Kimliyindən asılı olmayaraq bu ölkə vətəndaşına zərər verilməməsini təmin etməyə çalışırıq" deyə Ərdoğan 19 iyunda bildirib. İnsan haqları təşkilatları Türkiyənin hüquq sisteminin azadlığını sual edir. Belə ki, keçən il Avropa Şurasının insan haqları üzrə komissarı Dünya Miyatoviç Türkiyəni "məhkəmə müstəqilliyini bərpa etməyə və insan haqları fəalları, hüquqşünaslar və jurnalistləri hədəf almağa, eləcə də inzibati və məhkəmə tədbirlərindən istifadə edərək onların susdurulmasına son qoymağa" çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun