Türkiyə və Fransa arasında Liviya rəqabəti qalmaqdadır

Türkiyə və Fransa arasında Liviya rəqabəti qalmaqdadır
29 İyun 2021
Mətni dəyiş
Türkiyə və Fransa liderləri aylardır davam edən qarşılıqlı ittihamlardan sonra gərginliyi azaltmağa söz verib, lakin Afrikadakı rəqabət maraqları səbəbindən onlar arasında gərginlik hələ də qalır. Fransa Xarici İşlər naziri Jan-İv Le Drian Fransa və Türkiyə Prezidentinin bu ayın əvvəlində NATO sammiti çərçivəsində bir araya gələrək fikir ayrılıqlarını həll edəcəyinə dair söz verdikdən sonra Türkiyə və Fransanın "bərpa dövrü" adlandırdığı vəziyyətdə olduğunu elan edib. Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan beynəlxalq nüfuz uğrunda mübarizə apardıqları üçün söz müharibəsində idi. İstanbulda yerləşən İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen diplomatik bir irəliləyiş olduğunu bildirsə də, lakin buna ehtiyatla yanaşır. "Fransa ilə bir sıfırlama mövzusunda danışa bilərik, ancaq bu sıfırlamanın nə qədər dərinləşəcəyinə dair bir sual var. Bu, Türkiyənin Qərblə xarici əlaqələri baxımından çalışdığı daha geniş bir sıfırlamanın bir hissəsidir. Ancaq bölgələrin heç birində Fransa ilə fikir ayrılığı həll edilməyib" - deyə, Ülgen bildirib. Liviya həlledici gərginlik nöqtəsi olaraq qalır. Fransa və Türkiyə Liviyadakı daxili müharibədə rəqib tərəfləri dəstəkləyib və Paris Türkiyə qoşunlarının Şimali Afrika ölkəsindən çəkilməsinə dair beynəlxalq çağırışların başında dayanır. Ötən il Türkiyənin Liviyanın silah sanksiyasını pozduğunu iddiasına görə, Türkiyə və Fransa hərbi gəmiləri Liviya sahillərində az qala toqquşacaqdı. Ancaq Ülgen hər iki tərəfin artıq diplomatiyaya ehtiyac olduğunu qəbul etdiyini deyir. "Həm Ankara, həm də Paris anlayır ki, hər iki tərəf daha az ziddiyyətli olsa və bir növ müzakirə edilən formula doğru diplomatik yolla çalışsa, müəyyən bir irəliləyiş əldə oluna bilər ", - deyə Ülgen əlavə edib. Türkiyə prezidentinin müşaviri Fransa ilə Türkiyənin Çinin artan nüfuzunu saxlamaq üçün Liviyadan kənar Afrikanın qalan hissəsinə qədər əməkdaşlığı genişləndirə biləcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun