Trampın vəkili ilə bağlı Türkiyə araşdırması

Trampın vəkili ilə bağlı Türkiyə araşdırması
30 İyun 2021
Mətni dəyiş

Keçmiş Amerika prezidenti Donald Trampın vəkili Rudolf Culiani Türkiyə ilə bağlı araşdırmaya cəlb olunub.

Amerikanın Ədliyyə Nazirliyi onun Rza Zərrab və Fətullah Gülən işi ilə əlaqədər Türkiyənin lehinə lobbi fəaliyyəti göstərib-göstərmədiyini araşdıracaq.

Amerikanın Ədliyyə Nazirliyi bildirib ki, bu, cinayət araşdırması deyil, sadəcə onun belə bir fəaliyyət göstərdiyi məlum olarsa, "lobbiçi" olaraq qeydiyyata alınacaq.

Ətrafinda baş verən hadisələrlə bağlı bundan əvvəl də gündəmə gələn vəkilin son olaraq Nyu-Yorkda vəkillik fəaliyyəti göstərməsi qadağan olunmuşdu. Nyu-York məhkəməsi onu seçkilər dönəmində yalan məlumatlar yaymaqda ittiham edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun