Suriya və İraqda gərginlik: Amerika İranın dəstəklədiyi qrupları vurdu

Suriya və İraqda gərginlik: Amerika İranın dəstəklədiyi qrupları vurdu
29 İyun 2021
Mətni dəyiş

ABŞ İraqda olan hərbi bazalarına yönəlmiş dron hücumlarına cavab olaraq İraq və Suriyada İranın dəstəklədiyi qrupları hədəf alan hava hücumları təşkil etdiyini açıqlayıb.

Amerika Müdafə Nazirliyi bildirib ki, əsasən silah bazaları vurulub.

Bildirilib ki, hücumlar prezident Co Baydenin razılığı ilə həyata keçirilib. Beləliklə, Bayden hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, İranın dəstəklədiyi qrupların vurulmasına tapşırıq verib.

Buna qədər isə ABŞ-ın Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətində yerləşən hərbi bazası atəşə tutulub. Məlumata görə, baza reaktiv mərmilərlə hücuma məruz qalıb.

"Deyr əz-Zorda, Əl-Omar ərazisindəki Amerika bazasına reaktiv mərmilər buraxılıb", - SANA agentliyinin xəbərində deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun