Sarkisyan Paşinyanı təhqir etdi: “Əlindən alıb başına çırpmalıyıq!”

Sarkisyan Paşinyanı təhqir etdi: “Əlindən alıb başına çırpmalıyıq!”
15 İyun 2021
Mətni dəyiş
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Mənim şərəfim var" blokunun təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı təhqir edib.  “Bu insan, üzr istəyirəm, insan deyil, açıq şəkildə deyir ki, səslərin 60 faizini almasa, problemlər olacaq”, - deyə Sarkisyan bildirib. “İndi istədiyini edir. Gör əlində nə var? Yəqin ki, nə olduğunu anlaması üçün əlindən alıb başına çırpaq lazımdır. Bu kimə belə güvənir?”,- Sarkisyan bildirib. “Biz hər şeyi gördük - məğlubiyyət, minlərlə gəncin ölümü, başqa nə qaldı? Bir vətəndaş müharibəsi... Gözləyək onu da təşkil etsin, axı onda ləyaqətimiz heç olacaq. Biz bu ssenari ilə üzləşməyə hazır olmalıyıq. Yığıncaqların birində dedim ki, onun "polad inqilabı”na qarşı daha sərt materialdan hazırlanmış bir qalxanla çıxmalıyıq. Və əlimizdə elə bir çubuq olmalıdır ki, o, çəkiclə gələndə biz başına vuraq. Başqa yol yoxdur, başqa nə etmək olar? ", – deyə Sarkisyan hiddətini boğa bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun