Şahmar Mövsümov: “Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur”

Şahmar Mövsümov: “Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur”
15 İyun 2021
Mətni dəyiş
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur. Ş. Mövsümov bildirib ki, hazırda COVİD-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: “Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVİD-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”. Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: “Bununla bağlı da müzakirələr davam etdirilir”. Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə də aydınlıq gətirib. Prezidentin köməkçisi bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur. Şahmar Mövsümov həmçinin deyib ki, bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur. Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun