Səudiyyə Ərəbistanında gənc qadınların da maşın sürməsinə icazə verilib

Səudiyyə Ərəbistanında gənc qadınların da maşın sürməsinə icazə verilib
3 İyun 2021
Mətni dəyiş

Səudiyyə Ərəbistanında 17 yaşına çatmış gənc qadınlara sürücülük vəsiqəsi almaq və avtomobil idarə etmək icazəsi verilib.

Bu barədə Səudiyyə Ərəbistanının Nəqliyyat Departamenti açıqlama yayıb. Açıqlamaya görə, 17 yaşına çatmış qadınlar avtomobil idarə edə bilmək üçün nəzəri və praktiki imtahandan keçməlidirlər.

Qərar həm Səudiyyə Ərəbistanı vətəndaşlarını, həm də xarici vətəndaşları əhatə edir. Ancaq xarici vətəndaşlar bu hüquqa malik olmaq üçün, ölkədə qalmalarına dair əlavə sənədlər də təqdim etməlidirlər.

Qərara əsasən, gənc qadınlar ilk mərhələdə 1 illik vəsiqə alacaqlar, növbəti mərhələdə isə uzunmüddətli vəsiqə əldə edə biləcəklər. Qadınlar avtomobil idarə edərkən hər hansı bir səbəblə cəza alsalar, uzun müddət avtomobil idarə etmək və sürücülük vəsiqəsi almaq hüquqlarını itirəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun