Sədat Pekərə yaxın 3 şəxs sərbəst buraxılıb

Sədat Pekərə yaxın 3 şəxs sərbəst buraxılıb
12 İyun 2021
Mətni dəyiş

Qanunsuz silahlı qruplaşma yaratmaqda və rəhbərlik etməkdə ittiham olunan Sədat Pekərin işi ilə əlaqədar saxlanılan şəxslərdən 3-ü sərbəst buraxılıb.

Hər üç şəxs ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb və istintaq müddətində polisin nəzarətində olacaqlar. Sərbəst byraxılanların arasında Türkiyənin Şanlıurfa vilayətində “Məmləkətçi Sənayeçi və İş Adamları” (MİSİAD) dərnəyinin rəhbəri Firudin Öncül də var.

Onun saxlanıldğı əməliyyatı İstanbul Əmniyyət Müdirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi aparmışdı.

Bu həbsdən dərhal sonra Sədat Pekər sosial şəbəkə hesablarından çox sərt reaksiya verərək, Türkiyənin daxili işlər naziri Süleyman Soylunu hədələmişdi.

Türkiyə gündəmi son zamanlar Sədat Pekərin ardıcıl yayımladığı videoçıxışlarla çalxalanır. Pekər bu videolarda müxtəlif dövlət məmurları ilə bağlı iddialar səsləndirir ki, bu da milyonlarla insanın marağına səbəb olur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun