Rusiyalı tennisçi həbs edildi

Rusiyalı tennisçi həbs edildi
5 İyun 2021
Mətni dəyiş
Keçən il oyunu almaqda şübhəli bilinən rusiyalı tennisçi Yana Sizikova bu il Fransa Açıq Turniri zamanı həbs olunub. Bu barədə tennisçinin vəkili cümə günü Associated Press-ə bildirib. Vəkil Frederik Belotun sözlərinə görə, Rusiyanı təmsil edən və 765 xalı olan tennisçi ittihamları rədd edib. Vəkil idmançının ona atılan böhtandan şikayət vermək istədiyini bildirib. Paris prokurorluğu AP-yə "beynəlxalq qadın oyunçunun" həbsdə olduğunu təsdiqləsə də, onun kimliyini açıqlamayıb. Prokurorluq bildirib ki, o, cümə axşamı gecə "2020-ci ilin sentyabrında idmanda rüşvət və mütəşəkkil saxtakarlıq ehtimalı olan addımlarına görə" həbs edilib. Keçən oktyabr ayında Fransa polisinin mərc saxtakarlığı və oyunu almaq üzrə ixtissaslaşmış bölməsi istintaq prosesi başladıb. Onlar daha əvvəl peşəkar tennisin aşağı səviyyələrində şübhəli oyunları araşdıran Belçika rəsmiləri ilə birlikdə işləyib. Fransa tennis federasiyası istintaqın davam etməsi səbəbindən əlavə məlumat verə bilməyəcəyini bildirib. İdmanda razılaşdırılmış oyunları araşdıran Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi işin detallarını şərh etməkdən imtina edib. Lakin Fransa hüquq-mühafizə orqanları ilə davamlı əlaqədə olduqlarını bildirib. Telefon danışığında AP-yə danışan vəkil Sizikovanın "son dərəcə şok olduğunu" deyib. "O, cinayətkar kimi nəzarətə alındı. Günahsız olduğunu və özünü qurban hesab etdiyi üçün sorğu-sual zamanı ona kömək etməyimi istəmədiyini dedi"- vəkil Belot bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun