Rusiyada peyvənd olunmayanlar kafe və restoranlara buraxılmayacaqlar

Rusiyada peyvənd olunmayanlar kafe və restoranlara buraxılmayacaqlar
29 İyun 2021
Mətni dəyiş

Son həftələrdə Rusiyada koronavirusa (Covid-19) yoluxma halı çoxalıb. Statistikaya görə, son bir neçə gündür ki, gündəlik yoluxma halı 20 mindən aşağı düşmür.

Yoluxmanın ən çox olduğu paytaxt Moskvada kafe və restoranlara "Peyvənd olunmayanlara xidmət göstərməyin" tapşırığı verilib. Hazırda restoranlara ancaq QR kodla girmək mümkündür.

Moskvanın bələdiyyə sədri Sergey Sobyanin bildirib ki, Moskvada yoluxma yüksək həddədir. Onun sözlərinə görə, son 1 həftədə xəstəxanalar köçürülmələr, reanimasiya və ölüm saylarında mənfi rekord qeydə alınıb.

Rusiyada son sutka ərzində daha 21 650 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da COVID-19-a yoluxanların sayı 5 472 941 nəfərə çatıb. Son sutka ərzində 611 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 893 nəfərə çatıb.

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun