Rusiyada da koronavirusun "delta plus" ştammı aşkarlanıb

Rusiyada da koronavirusun "delta plus" ştammı aşkarlanıb
30 İyun 2021
Mətni dəyiş

Rusiya Səhiyyə Nazirliyi ölkədə koronavirusun (Covid-19) delta plus variantının aşkar olunduğunu bildirib.

Qeyd edilib ki, delta plus variantına yoluxduğu aşkarlanan qadın xəstəliyi yüngül keçirib. Nazirlik əlavə edib ki, yeni ştammın yayılmasına görə kütləvi peyvendlənməyə töhvə vermək çox vacibdir.

Bundan əvvəl "Rospotrebnadzor" mütəxəssislərin Rusiyada bu variantın olub-olmamasına dair araşdırma apardıqlarını bildirmişdi.

Rusiyada son sutka ərzində daha 17 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. COVID-19-a yoluxanların sayı 5 316 826 nəfərə çatıb.

Son 24 saat ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 129 361 nəfərə çatıb.

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun