29 İyun 2021
Mətni dəyiş
İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi dünyada qaçqınlar problemini müzakirə ediblər.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatlara son qoyulması haqqında Bəyanatına uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağa və ona bitişik rayonlara qayıtması məsələləri müzakirə olunub”.