Rusiya Türkiyəyə uçuş qadağasını uzadıb, Azərbaycana isə reyslərin sayını artırır

Rusiya Türkiyəyə uçuş qadağasını uzadıb, Azərbaycana isə reyslərin sayını artırır
1 İyun 2021
Mətni dəyiş

Rusiyada Koronavirusla Mübarizə Mərkəzi Türkiyə ilə Tanzaniyaya uçuş qadağasının uzadıldığını açıqlayıb. 

Açıqlamada bildirilib ki, Türkiyədə və Tanzaniyada koronavirusla bağlı yaranmış ağır epidemioloji vəziyyət səbəbindən hər iki ölkəyə uçuşlar 21 iyuna qədər uçuş qadğası var.

Eyni zamanda, İngiltərədə koronavirusla bağlı vəziyyət müsbətə doğru dəyişdiyi üçün 2 iyundan etibarən uçuşlara icazə veriləcək. Moskva-Kondon reysi həftədə 3 dəfə həyata keçiriləcək.

10 iyundan etibarən isə daha 8 ölkəyə uçuş icazəsi veriləcək. Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mauritius, Misir və Xorvatiyaya müntəzəm uçuşların, Albaniyaya isə çarter uçuşlarının bərpa ediləcəyi bildirilib.

Belarusa, Yunanıstana, Azərbaycana, Ermənistana, Qətərə, Özbəkistana, Tacikistana, Misirə və Serbiyaya uçuşların sayının artırılacağı da qeyd olunub. Moskva-Münhen uçuşlarının da yenidən başlayacağı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun