Rusiya Türkiyəyə uçuş qadağasını götürüb

Rusiya Türkiyəyə uçuş qadağasını götürüb
22 İyun 2021
Mətni dəyiş

Türkiyə ilə Rusiya arasında uçuşlar yenidən bərpa edilib. Bu barədə açıqlama Rusiya Hava Yollarından gəlib.

Bildirilib ki, koronavirus (Covid -19) epidemiyası səbəbindən tətbiq olunan uçuş qadağası aradan qaldırılıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin köməkçisi Tatyana Qolikova da mətbuata açıqlamasında bildirmişdi ki, uçuş qadağası qaldırılacaq.

Türkiyədə 12 apreldən etibarən epidemioloji vəziyyətin kəskinləşməsi səbəbilə ölkədə yeni məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən Rusiya Türkiyəyə uçuşları dayandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qadağanın müstəsna olaraq epidemioloji xarakter daşıdığını və Türkiyədə yoluxma tempinin artması ilə əlaqəli olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun