Rusiya Dövlət Dumasına seçkilərin vaxtı bilinib

Rusiya Dövlət Dumasına seçkilərin vaxtı bilinib
18 İyun 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin ölkə parlamentinin alt qanadı Dumaya seçkilərin 2021-ci ilin 19 sentyabrda keçirilməsi ilə bağlı qərarı imzalayıb.

Bu barədə Kreml-dən açıqlama verilib. Bildirilib ki, qərar artıq qüvvəyə minib.

Putinin qərarında deyilir: "Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına millət vəkillərinin seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin". Hazırda Rusiya Dövlət Dumasına 450 millət vəkili təmsil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun