Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi
4 İyun 2021
Mətni dəyiş
Qırğızıstan və Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən gərginləşib. Bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. “Tacikistan tərəfi Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin hökumətlərarası nümayəndə heyətlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaları pozaraq gecə saatlarında Çon-Alay bölgəsinin Unju-Bulak sahəsindəki sərhədin müəyyən olunmamış bir hissəsində, Qırğızıstan Respublikası ərazisinə min metrə qədər irəliləyərək bir konteyner quraşdırmağa başlayıb”,- deyə açıqlamada qeyd olunub. Bildirilib ki, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhəd təmsilçiləri səviyyəsində tənzimləmək üçün tədbirlər görür, lakin Tacikistanın sərhəd nümayəndələri telefon zənglərinə cavab vermirlər. Eyni zamanda Tacikistanla dövlət sərhədinin hissəsində yerləşən Qırğızıstan sərhəd xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun