Putinlə rəqs edən Avstriyanın keçmiş xarici işlər nazirinə “Rosneft”-də yüksək vəzifə

Putinlə rəqs edən Avstriyanın keçmiş xarici işlər nazirinə “Rosneft”-də yüksək vəzifə
4 İyun 2021
Mətni dəyiş

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft" şirkətinin idarə heyətinə gətirilib.

Keçmiş nazir bundan əvvəl öz toyunda Rusiya prezidenti Vladimir Putinlə rəqs etməsi ilə müzakirələrə səbəb olmuşdu. Daha sonra, yoldaşından şiddət gördüyünü bildirərək, boşanmışdı.

Onun yeni işində nə qədər maaş alacağı dəqiq bilinməsə də, ehtimal olunur ki, o, şirkətin idarə heyətinin başçısının gəlirlərinə yaxın gəlir əldə edəcək. Təxminən 100 min manata yaxın.

Knayslın şəxsi internet saytında verilən məlumata görə 56 yaşlı keçmiş nazir Kremlin maliyyələşdirdiyi RT xəbər təşkilatı üçün bir neçə rəy məqaləsi yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun